Sosial

Psixoloq stressdən qurtulmağın gözlənilməz üsulunu açıqlayıb

Psixoloq Mariya Zueva bildirib ki, rəngləmə stress və gərginliyi azaltmağa kömək edən sadə, amma təsirli üsullardan biridir.

Bugun.tv– xəbər verir ki, mütəxəssisin sözlərinə görə, insan qələm və ya karandaşla naxışların içini rəngləməyə başlayanda diqqət konkret xətlər və formalar üzərində cəmlənir. Bu zaman narahatlıq yaradan düşüncələr arxa plana keçir və beyin daha sakit vəziyyətə keçir.

Psixoloq qeyd edib ki, ritmik və təkrarlanan əl hərəkətləri beynin fəaliyyətini tarazlaşdırır, ürək döyüntüsünü yavaşıdır və orqanizmdə təhlükəsizlik hissini gücləndirir.

Onun sözlərinə görə, rəngləmə prosesində kiçik bir hissənin tamamlanması belə insanda məmnunluq hissi yaradır. Bu da əhvalın yaxşılaşmasına və gərginliyin azalmasına səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, gündəlik həyatın qeyri-müəyyənliyi fonunda belə sadə məşğuliyyətlər insana nəzarət hissi qazandırır və psixoloji rahatlıq yaradır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Su əvəzinə nə içmək olar? Orqanizmin maye ehtiyacını qarşılamağın alternativ yolları

Aynur Camal

Darıxmaq insan üçün faydalı ola bilər

Aynur Camal

“Acqarına yeyilməsi tövsiyə edilməyən 6 məhsul açıqlanıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu