Sosial

Soyuducunun qapısında hansı məhsulları saxlamaq olmaz?

Soyuducunun qapısı ən rahat görünən hissə olsa da, məhsulların daha tez xarab olduğu yerlərdən biridir. Səbəb isə temperaturun burada sabit qalmamasıdır. Soyuducu hər açıldıqda mətbəxdən gələn daha isti hava qapı hissəsinə daxil olur və məhsullar gün ərzində dəfələrlə qısa müddətli istiləşməyə məruz qalır.

Mütəxəssislər bildirirlər ki, soyuducunun dərin hissəsində temperatur adətən +2 ilə +4 dərəcə arasında sabit qalır, qapıda isə bu göstərici tez-tez dəyişir. Bu da bəzi ərzaqların saxlanma müddətini azaldır.

Soyuducunun qapısında saxlanılması məsləhət görülməyən məhsullar:

Yumurta – Qapıdakı xüsusi gözlər rahat görünsə də, yumurta temperatur dəyişmələrinə həssasdır. Bu səbəbdən yumurtanın ağı daha tez durulaşır, sarısı isə keyfiyyətini itirir.

Süd və qaymaq – Qapının tez-tez açılıb-bağlanması südün daha tez turşumasına səbəb olur. Xüsusilə yay aylarında bu fərq daha aydın hiss olunur.

Qatıq və südlü desertlər – Bu məhsullar temperatur dəyişməsinə qarşı həssasdır. Dadı tez dəyişə, turşuluq arta və quruluşu pozula bilər.

Yumşaq pendirlər və kəsmik – Ricotta, Mascarpone kimi yumşaq pendirlər, eləcə də kəsmik qapıda daha tez keyfiyyət itirir. Onlarda su ayrılması və turşuma prosesi sürətlənə bilər.

Dərmanlar – Bir çox damcı, sirop və məlhəm sabit temperatur tələb edir. Qapıdakı temperatur dəyişməsi təsiredici maddələrin zəifləməsinə səbəb ola bilər.

Kosmetik vasitələr – gözaltı yamaqları, kremlər və serumlar qapıda saxlandıqda quruluşu dəyişə, qatlara ayrılaraq təsirini zəiflədə bilər.

Soyuducunun qapısında saxlanıla bilən məhsullar:

Qapı hissəsi temperatur dəyişməsinə daha davamlı məhsullar üçün uyğundur:

  • Ketchup, xardal, mayonez, soya sousu kimi souslar
  • Su, şirə və qazlı içkilər
  • Mürəbbə və cemlər
  • Turşular, zeytun və duzlu marinad məhsulları

Nəticə etibarilə, yumurta, süd məhsulları və açılmış tez xarab olan ərzaqları soyuducunun arxa və dərin hissəsində saxlamaq daha məqsədəuyğundur. Qapı hissəsini isə daha dayanıqlı məhsullar üçün istifadə etmək məsləhət görülür.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yaxınların arasında niyə özünü tənha hiss edirik? Psixoloq səbəbi açıqladı

Aynur Camal

Su əvəzinə nə içmək olar? Orqanizmin maye ehtiyacını qarşılamağın alternativ yolları

Aynur Camal

Psixoloq stressdən qurtulmağın gözlənilməz üsulunu açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu