Baş xəbər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Bugun.tv xəbər verir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının yaddaşında dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə xüsusi yer tutur.

1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev uzun illər ərzində həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.

1993-cü ildə ölkədə baş verən mürəkkəb siyasi şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıb. Onun rəhbərliyi dövründə ölkədə hüquqi dövlət quruculuğunun əsası qoyulub, iqtisadi islahatlara başlanılıb və Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib.

Ulu öndərin adı xüsusilə 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi” ilə bağlı tez-tez xatırlanır. Bu sənəd Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı hesab olunur və ölkənin uzunmüddətli iqtisadi inkişafına mühüm təkan verib.

Bu gün də Heydər Əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan idarəçilik prinsipləri onun siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və ölkənin inkişaf yolunda əsas dayaqlardan biri kimi qiymətləndirilir.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Doğtaş⁠ outlet kampaniyasına start verdi: keyfiyyətli mebellər endirimli qiymətlərlə satışda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu