Baş xəbər

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Bugun.tv xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü münasibətilə Şəhidlər xiyabanında onun əziz xatirəsi ehtiramla yad olunub.

Anım mərasimində iştirak edənlər qəhrəmanın Vətən uğrunda göstərdiyi şücaətdən danışıblar, ruhuna dualar oxunub. Tədbirdə həmçinin yəhudi əsilli şair, publisist və jurnalist Dəyanət Səlimxanlının qələmə aldığı “Müharibənin sonuna kimi” lirik-dramatik poeması da xatırlanıb.

Müəllif bu əsərdə Albert Aqarunovun keçdiyi döyüş yolunu, torpağa bağlılığını və Vətən uğrunda göstərdiyi fədakarlığı bədii dillə təsvir edib. Poemada qeyd olunur ki, Albert Aqarunov təkcə Azərbaycanın deyil, həm də yəhudi xalqının qəhrəmanlıq simvollarından biridir.

Şuşa uğrunda gedən döyüşlərdə böyük igidlik göstərən Albert Aqarunov 1992-ci il mayın 8-də son nəfəsinə qədər vuruşaraq şəhid olub. O, döyüş zamanı yaralı və şəhid silahdaşlarını təhlükəsiz əraziyə daşıyarkən snayper gülləsinə tuş gəlib.

Onun qəhrəmanlığı illər keçsə də unudulmur. 2020-ci ildə Şuşanın azad olunması ilə Albert Aqarunov kimi qəhrəmanların xatirəsinin qisası alındı və onların adı Azərbaycan tarixində daha da möhkəmləndi.

Bu gün Albert Aqarunov yalnız igid tankçı kimi deyil, həm də Azərbaycanla yəhudi xalqı arasında dostluğun, qardaşlığın və mənəvi birliyin rəmzi kimi xatırlanır.

Aynur Nadirqızı Paraqraf.com

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Deputat Malayziya Senatının Prezidenti ilə viza liberallaşdırılmasını müzakirə etdi

Aynur Camal

Vüqar Bayramov: Malayziya iş adamları Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu