Bugun.tv xəbər verir ki, Yepiskop Şio keçirilən səsvermənin nəticələrinə əsasən Gürcüstanın yeni Katolikos-Patriarxı seçilib.
Genişləndirilmiş kilsə yığıncağında elan olunan nəticələrə görə, mərhum kilsə rəhbəri II İlyanın yerli nümayəndəsi olmuş Yepiskop Şio 39 səsdən 22-ni qazanaraq Bütün Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib.
Səsvermənin nəticələrini açıqlayan Yepiskop Anania bildirib ki, Gürcüstanın Avtokefal Apostol Pravoslav Kilsəsinin yeni rəhbəri məhz metropolit Şio olub.
Məlumata görə, yeni seçilmiş patriarx taxta çıxdıqdan sonra III Şio adını daşıyacaq.
Taxtaçıxma mərasiminin mayın 12-də Mtsxeta şəhərində yerləşən Svetitsxoveli Katedralində keçiriləcəyi bildirilib. Mərasimin yerli vaxtla saat 10:00-da başlanacağı açıqlanıb.
Mənbə: TASS
