Dünya

“Parçalanma toxumu səpənlər cavab verəcək”

Bugun.tv xəbər verir ki, Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunun müharibə dövründə Birləşmiş Ərəb Əmirliklərinə gizli səfəri ilə bağlı iddialara sərt reaksiya verib.

İran xarici işlər naziri sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Netanyahu İran təhlükəsizlik qurumlarının daha əvvəl rəhbərliyə çatdırdığı məlumatları indi açıq şəkildə ortaya qoyub.

Əraqçi qeyd edib ki, İran xalqına qarşı düşmənçilik “ağılsız bir qumar”dır və bunu həyata keçirmək üçün İsraillə gizli əməkdaşlıq bağışlanmazdır.

Nazir açıqlamasında:

“İsraillə əməkdaşlıq edərək parçalanma toxumu səpənlər cavab verəcək” – ifadələrini işlədib.

İsrail Baş nazirliyinin yaydığı məlumata görə, Netanyahu gizli şəkildə BƏƏ-yə səfər edib və ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüş keçirib. Lakin BƏƏ tərəfi bu iddiaları təkzib edib.

ABŞ-ın Axios platforması isə daha əvvəl yaydığı xəbərdə İsrail və BƏƏ arasında müharibə dövründə hərbi, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının yüksək səviyyəyə çatdığını yazmışdı.

Məlumata görə, Netanyahu ilə Əl Nəhyan arasında keçirilən görüşdən sonra İsrailə məxsus “Dəmir Qübbə” hava müdafiə sisteminin və onu idarə edən hərbçilərin BƏƏ-yə göndərilməsi barədə göstəriş verilib.

ABŞ-ın İsraildəki səfiri Mike Huckabee də Tel-Əvivdə qatıldığı konfransda İsrailin müharibə dövründə BƏƏ-yə “Dəmir Qübbə” batareyaları və hərbçilər göndərdiyini təsdiqləyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Putinin müəllimi onun məktəb illərindən danışdı: “O həmişə fərqlənirdi”

Aynur Camal

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu