Bugun.tv -xəbər verir ki, ABŞ mərkəzli məşhur fast-food şəbəkəsi Five Guys maliyyə çətinlikləri səbəbindən ölkədəki bəzi filiallarını bağlamaq qərarı verib.
Məlumata görə, şirkət 2026-cı il ərzində ABŞ-da fəaliyyət göstərən ən azı 14 filialını bağlamağı planlaşdırır.
Bağlanmaların əsas hissəsi California ştatında həyata keçirilir. Artan iqtisadi xərclər və biznes çətinlikləri səbəbindən Tracy, Bakersfield, Rancho Mirage və Valencia şəhərlərində yerləşən filialların fəaliyyəti dayandırılıb.

Bu qərar nəticəsində yalnız Kaliforniyadakı bağlanmalar səbəbindən 55 nəfərin işsiz qalacağı bildirilir.
Şirkət ABŞ bazarında zəif işləyən filialları bağlasa da, diqqətini Avropa və inkişaf etməkdə olan bazarlara yönəldib.
Məlumata əsasən, Five Guys Avropadakı fəaliyyətini genişləndirmək məqsədilə 185 milyon funt sterlinqlik yeni borc müqaviləsi imzalayıb. Bu addım şirkətin Türkiyə bazarına daxil olmaq planlarını da gücləndirib.
Mənbə: Five Guys Official Website
