DünyaSiyasət

ABŞ nüvə başlığı daşıya bilən “Minuteman III” raketini sınaqdan keçirəcək

Bugun.tv xəbər verir ki, ABŞ mayın 20-də nüvə başlığı daşıya bilən “Minuteman III” qitələrarası ballistik raketinin (QBR) sınaq buraxılışını həyata keçirəcək.

Məlumata görə, sınaq Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr Bazasından həyata keçiriləcək.

Bəyanatda bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığına məxsus silahsız “Minuteman III” raketinin buraxılışı Sakit okean vaxtı ilə mayın 20-də saat 00:01-dən 06:01-dək həyata keçiriləcək.

Qeyd olunub ki, sınaq buraxılışı bazanın şimal hissəsindən aparılacaq.

ABŞ tərəfi vurğulayıb ki, bu sınaq əvvəlcədən planlaşdırılmış adi prosedurdur və hazırkı beynəlxalq hadisələrlə əlaqəli deyil.

ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının açıqlamasında bildirilib ki, proqramın əsas məqsədi “silah sisteminin effektivliyini, hazırlıq səviyyəsini və dəqiqliyini təsdiqləmək və yoxlamaqdır”.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

NATO rəsmisi xəbərdarlıq etdi: “Sakit dənizdə deyilik, fırtınanın içindəyik”

Aynur Camal

Şirkət Yer kürəsini nanosferlərlə soyutmaq istəyir: Layihə mübahisələr yaradıb

Aynur Camal

ABŞ-də seçicilərin üçdə ikisi İranla müharibəni dəstəkləmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu