Baş xəbər

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Bugun.tv xəbər verir ki, yazıçı və publisist Təbriz Məhərrəmoğlu millət vəkili Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal İnteqrasiyanın Türk Modeli” kitabı ilə bağlı geniş məqalə yazıb.

Müəllif bildirib ki, bəzi kitablar yalnız mətn deyil, gələcəyin siyasi xəritəsini formalaşdıran ideya nümunəsi təsiri bağışlayır. Onun sözlərinə görə, Cavanşir Feyziyevin sözügedən əsəri də məhz belə kitablardandır.

Təbriz Məhərrəmoğlu qeyd edib ki, kitabda “Türk Birliyi” anlayışı emosional və romantik ideya kimi deyil, tarixi yaddaş, ortaq sivilizasiya kodları, iqtisadi zərurət və qlobal güc balansı əsasında təqdim olunur.

Məqalədə vurğulanır ki, müəllif türk coğrafiyasına yalnız mədəni və etnik baxımdan deyil, həm də dünya siyasətinin yeni enerji və nəqliyyat mərkəzi kimi yanaşır. Bildirilir ki, Çinlə Avropanı birləşdirən əsas geosiyasi xəttin türk coğrafiyasından keçməsi təsadüfi hesab edilmir.

Yazarın fikrincə, kitabın diqqətçəkən məqamlarından biri də XXI əsrdə dövlətlərin güc anlayışına fərqli yanaşmadır. Müəllif hesab edir ki, yeni dövrdə yalnız hərbi və iqtisadi güc deyil, mədəni təsir, ortaq kimlik, enerji marşrutları və kommunikasiya xətləri də strateji əhəmiyyət daşıyır.

Təbriz Məhərrəmoğlu məqaləsində “Türk konsensusu” anlayışına da toxunub. O bildirib ki, kitabda türk dövlətləri arasında inteqrasiyanın yalnız siyasi ittifaq modeli ilə deyil, ortaq düşüncə və strateji baxışın formalaşdırılması yolu ilə mümkün olduğu qeyd edilir.

Məqalədə həmçinin vurğulanır ki, müəllif Avropa Birliyinin təcrübəsinə istinad etsə də, türk dünyası üçün daha elastik və fərqli model təklif edir. Çünki türk dövlətlərini birləşdirən əsas amil yalnız iqtisadi maraqlar deyil, minilliklərdən gələn ortaq tarix və mədəni yaddaşdır.

Yazıda qeyd olunur ki, əsərdə geopolitik analizlə fəlsəfi düşüncə paralel şəkildə təqdim edilir və bəzi hissələrdə kitab siyasi araşdırmadan daha çox sivilizasiya manifesti təsiri bağışlayır.

Təbriz Məhərrəmoğlu sonda bildirib ki, “Türk Dövlətləri Birliyi: Qlobal İnteqrasiyanın Türk Modeli” yalnız siyasi kitab deyil, həm də türk dünyasının gələcəyini düşünənlər üçün ideoloji yol xəritəsidir.

Mənbə: QaynarXett

Aynur Camal

Oxşar xəbərlər

Səhərini yoqa ilə aç! 

Aynur Camal

Qəzzədə şagirdlər məzuniyyət imtahanlarına elektriksiz çadırlarda hazırlaşır

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu