YAP VIII Qurultayı, Yeni Azərbaycan Partiyası, Vüqar Bayramov, minimum əməkhaqqı, əmək pensiyaları, sosial müavinətlər, sosial paket, 2027-ci il büdcəsi
Baş xəbərİqtisadiyyat

YAP-ın VIII Qurultayı keçirildi

Bugun.tv xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP sədri İlham Əliyev çıxış edib.

Prezident İlham Əliyev çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. Dövlət başçısı bununla bağlı müvafiq göstərişin verildiyini bildirib.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qurultayda səsləndirilən bu açıqlamaya münasibət bildirərək sosial media hesabında növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşmasının gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması Azərbaycanda mütəmadi xarakter alacaq. Bayramov 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, minimum əməkhaqqının 2027-ci ilin fevralınadək artırılmasının gözlənildiyini bildirib.

Deputatın qeyd etdiyi digər məsələyə əsasən, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Onun hesablamasına görə, bu dəyişiklik təxminən 1 milyon 100 min vətəndaşı əhatə edə bilər. Bayramov yeni müzakirə olunan dəyişikliklərə əsasən pensiyaların indeksləşdirilməsində diferensial yanaşmanın tətbiqinin gözlənildiyini bildirib.

Vüqar Bayramov həmçinin bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılacaq vəsait ümumi xərclərin 44 faizindən çoxunu təşkil edəcək. Onun sözlərinə görə, bu, 18,5 milyard manatdan artıq vəsait deməkdir və növbəti sosial paketin göstəricilərindən biridir.

Aynur Camal

Oxşar xəbərlər

“Tranzit yüklərin 25 milyon tona çatdırılması Azərbaycana 5 milyard manatdan çox gəlir gətirə bilər”

Aynur Camal

6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu