Maraqlı faktlar

İki qovun rekord qiymətə – 36 min dollara satıldı

Bugun.tv xəbər verir ki, Yaponiyanın Hokkaydo adasında yetişdirilən xüsusi növ iki qovun hərracda rekord qiymətə satılıb.

TRT Haber-in məlumatına görə, məşhur “Yubari” qovunlarının builki ilk hərracında bir cüt qovun 5,8 milyon YEN-ə, yəni təxminən 36 min 500 ABŞ dollarına alıcı tapıb. Bununla da 2019-cu ildə qeydə alınmış 5 milyon YEN-lik əvvəlki rekord geridə qalıb.

Məlumata əsasən, hərracın qalibi meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Futami Seika” şirkəti olub. Daha sonra qovunlar Tokio şəhərində fəaliyyət göstərən “Keio Store” şirkətinə satılıb və yaxın günlərdə supermarketdə nümayiş etdiriləcək.

Yubari şəhərinin simvollarından hesab olunan bu qovunlar Yaponiyada yüksək keyfiyyətli meyvələr sırasında xüsusi yer tutur. Ölkədə ilk məhsul hərraclarında meyvələrin çox baha qiymətə satılması ənənə sayılır və şirkətlər bunu reklam məqsədilə istifadə edirlər.

Yerli kənd təsərrüfatı kooperativinin məlumatına görə, fermerlər bu il ümumilikdə 3 mindən çox ton Yubari qovunu ixrac etməyi planlaşdırır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Antarktidada tapılan kəhrəba alimləri təəccübləndirdi: “Bir vaxtlar yaşıllıqla örtülü olub”

Aynur Camal

NASA Ay missiyası üçün yeni texnologiyanı sınaqdan keçirdi

Aynur Camal

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu