Bugun.tv xəbər verir ki, Yaponiyanın Hokkaydo adasında yetişdirilən xüsusi növ iki qovun hərracda rekord qiymətə satılıb.
TRT Haber-in məlumatına görə, məşhur “Yubari” qovunlarının builki ilk hərracında bir cüt qovun 5,8 milyon YEN-ə, yəni təxminən 36 min 500 ABŞ dollarına alıcı tapıb. Bununla da 2019-cu ildə qeydə alınmış 5 milyon YEN-lik əvvəlki rekord geridə qalıb.
Məlumata əsasən, hərracın qalibi meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Futami Seika” şirkəti olub. Daha sonra qovunlar Tokio şəhərində fəaliyyət göstərən “Keio Store” şirkətinə satılıb və yaxın günlərdə supermarketdə nümayiş etdiriləcək.
Yubari şəhərinin simvollarından hesab olunan bu qovunlar Yaponiyada yüksək keyfiyyətli meyvələr sırasında xüsusi yer tutur. Ölkədə ilk məhsul hərraclarında meyvələrin çox baha qiymətə satılması ənənə sayılır və şirkətlər bunu reklam məqsədilə istifadə edirlər.
Yerli kənd təsərrüfatı kooperativinin məlumatına görə, fermerlər bu il ümumilikdə 3 mindən çox ton Yubari qovunu ixrac etməyi planlaşdırır.
Mənbə: TrtHaber
