Texnologiya

ABŞ-da pilotsuz taksilər istifadəyə verilir: “Tesla” yeni mərhələyə keçir

Bugun.tv xəbər verir ki, Tesla şirkəti ABŞ-da pilotsuz taksi xidmətinin sınaqlarına başlayacağını açıqlayıb.

Şirkətin rəhbəri Elon Musk ilk robotaksi xidmətinin yaxın aylarda Texas ştatının Ostin şəhərində istifadəyə veriləcəyini bildirib

Məlumata görə, yeni sistemdə sükan arxasında sürücü olmayacaq və avtomobillər tamamilə süni intellekt tərəfindən idarə ediləcək. Şirkət ilkin mərhələdə məhdud sayda nəqliyyat vasitəsi ilə fəaliyyət göstərəcək.

Ekspertlər hesab edirlər ki, pilotsuz taksi xidmətləri gələcəkdə nəqliyyat sektorunda ciddi dəyişikliklər yarada və şəhər mobilliyini yeni mərhələyə keçirə bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

26 illik köhnə kompüteri yenidən işə saldı: 700-ə yaxın oyun yüklədi

Aynur Camal

Braziliya süni intellekt üçün 444 milyon dollarlıq superkompüter layihəsinə başlayır

Aynur Camal

Çində humanoid robotlar üçün “ChatGPT anı” yaxınlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu