Bugun.tv xəbər verir ki, dünya üzrə plastik tullantıların həcmi sürətlə artmaqda davam edir və ekoloqlar bunun yaxın illərdə daha ciddi qlobal problemə çevriləcəyini bildirirlər.
Məlumatına görə, yeni hesabatlarda hər il milyonlarla ton plastikin okeanlara və təbiətə qarışdığı qeyd olunub.
Ekspertlər bildirirlər ki, xüsusilə birdəfəlik plastik məhsullar və zəif tullantı idarəetmə sistemləri vəziyyəti daha da ağırlaşdırır. Araşdırmalara əsasən, mikroplastik hissəciklər artıq içməli suda, havada və bəzi qida məhsullarında da aşkarlanır.
Ətraf mühit üzrə mütəxəssislər hökumətləri plastik istehsalını azaltmağa, təkrar emal sistemlərini gücləndirməyə və alternativ materiallara keçidi sürətləndirməyə çağırıblar.
Mənbə: The Guardian
