Baş xəbərDünya

“Süni intellekt informasiya kirliliyi yaradır”

Bugun.tv xəbər verir ki, katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa XIV Leo süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı narahatlığını ifadə edib.

“Möhtəşəm İnsanlıq” adlı ümumi müraciət yayımlayan Papa sənəddə süni intellektin yaratdığı risklərə xüsusi diqqət ayırıb. O bildirib ki, süni intellekt dezinformasiyanın yayılmasına, münaqişələrin dərinləşməsinə və dünyanı uzunmüddətli qarşıdurmalara sürükləyə biləcək təhlükələrə səbəb ola bilər.

Papa XIV Leo süni intellektin inkişaf tempinin yavaşladılmasına çağıraraq, bu texnologiyanın nəzarətsiz şəkildə inkişaf etməsinin ciddi sosial nəticələr doğura biləcəyini vurğulayıb.

O, həmçinin süni intellekt məlumatlarının yalnız özəl şirkətlərin nəzarətində olmamalı olduğunu qeyd edib. Papa texnologiya şirkətlərində çalışan işçilərin hüquqlarının qorunmasını, uşaqların süni intellekt texnologiyalarından uzaq tutulmasını və şirkətlər arasında rəqabətin məhdudlaşdırılmasını təklif edib.

Papa XIV Leo xüsusilə süni intellektin hərbi sahədə istifadəsinə qarşı sərt mövqe nümayiş etdirib. O bildirib ki, ölümcül qərarların süni intellekt sistemlərinə həvalə edilməsinə icazə verilməməlidir və bu sahədə beynəlxalq məhdudiyyətlər tətbiq olunmalıdır.

Müraciətdə dünya liderlərinə və texnologiya şirkətlərinə çağırış edən Papa, cəmiyyətin artıq süni intellektin gələcək inkişaf istiqaməti ilə bağlı həyati sualları müzakirə etməsinin vacibliyini qeyd edib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Trampın sərhəd divarı minilliklər yaşı olan qayaüstü rəsmləri təhlükə qarşısında qoyur

Aynur Camal

ABŞ İrana qarşı “iqtisadi D-Day” elan edir: Yeni sanksiyalar hazırlanır

Aynur Camal

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu