Image default
Baş xəbərSiyasət

Türkiyə geosiyasi gücünü artırır, daxili siyasi balans dəyişir – ekspert Məhəmməd Əsədullazadə

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında Türkiyənin daxili siyasi prosesi və geosiyasi mövqeyi ilə bağlı paylaşım edib.

Ekspert qeyd edib ki, Türkiyədə demokratik ənənələr müəyyən çətinliklərlə üzləşsə də, ölkənin beynəlxalq arenada təsir gücü artmaqda davam edir. Onun fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə regional gücdən qlobal siyasi proseslərə təsir edən aktora çevrilib.

Məhəmməd Əsədullazadə bildirib ki, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində son illərdə Özgür Özəl, Əkrəm İmamoğlu və Mansur Yavaş kimi fiqurların yüksəlişi müşahidə olunurdu və bu, gələcək seçkilərdə partiyanın şanslarını artırırdı.

Lakin ekspertin sözlərinə görə, hazırkı siyasi proseslər nəticəsində CHP daxilində zəifləmə və parçalanma ehtimalı yaranıb. O, partiyanın gələcək siyasi taleyi ilə bağlı qeyri-müəyyənliklərin artdığını da qeyd edib.

Əsədullazadə vurğulayıb ki, Türkiyə tarixən koalisiya hökumətləri və siyasi böhranlarla üzləşsə də, hazırkı mərhələdə sabit və güclü idarəetmə modeli ölkəni geosiyasi baxımdan daha da gücləndirir.

Ekspert hesab edir ki, Türkiyənin yeni siyasi nizamda sabitlik üzərindən inkişafı onun beynəlxalq güc statusunu möhkəmləndirir.

Aynur Camal

Oxşar xəbərlər

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

Tramp Ukraynaya Patriot raket istehsalını vəd etdi: Ekspertlər 12 aylıq gecikmə barədə xəbərdarlıq edir

Aynur Camal

Hormuz boğazında tanker trafiqi azaldı: ABŞ və İran arasında toqquşmalardan sonra gərginlik artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu