Səhiyyə

Alimlər xəbərdarlıq edir: Uzun müddət oturmaq beyin sağlamlığı üçün təhlükəlidir

Bugun.tv xəbər verir ki, ABŞ alimləri uzun müddət hərəkətsiz qalmağın və oturaq həyat tərzinin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini açıqlayıblar.

Araşdırma nəticələrinə görə, gün ərzində uzun saatlar oturaraq vaxt keçirən insanlarda yaddaş zəifləməsi və koqnitiv funksiyaların aşağı düşməsi riski artır. Xüsusilə fiziki aktivliyi az olan şəxslərdə yaşla bağlı beyin dəyişikliklərinin daha sürətli baş verdiyi bildirilib.

Mütəxəssislər qeyd ediblər ki, hətta müntəzəm idman edən insanlarda belə günün böyük hissəsini oturaq vəziyyətdə keçirmək sağlamlıq üçün təhlükə yarada bilər. Araşdırmada uzun müddət oturmağın beynin yaddaş və öyrənmə ilə əlaqəli hissələrinə təsir etdiyi vurğulanıb.

Alimlər insanların hər 30-40 dəqiqədən bir ayağa qalxmasını, qısa gəzintilər etməsini və gündəlik fiziki aktivliyi artırmasını tövsiyə edirlər.

Tədqiqatın nəticələri beynin sağlam qalması üçün yalnız idmanın deyil, gün ərzində hərəkətli həyat tərzinin də vacib olduğunu göstərib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim iş günü ərzində nə qədər maye qəbul etmək lazım olduğunu açıqladı

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Çox yatmaq da az yatmaq qədər zərərli ola bilər

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu