Bugun.tv xəbər verir ki, İsrail ordusu atəşkəs rejiminə baxmayaraq, Livanın cənubundakı Sur şəhəri və ətraf bölgələrə yeni hava zərbələri endirib.
İsrail ordusunun açıqlamasında bildirilib ki, hücumlar zamanı “Hizbullah”a aid qərargahların hədəf alındığı iddia olunur.
Livanın rəsmi NNA agentliyi isə İsrail döyüş təyyarələrinin Sur şəhərinin mərkəzi və ətraf yaşayış məntəqələrini bombaladığını açıqlayıb.
Məlumata görə, İsrail ordusu hücumdan əvvəl Sur şəhəri və Şebriha, Həmadiyyə, Zakuk əl-Məfdi, Cul Cebel, əl-Bas, Məşuk, Burc Şəmali, Nəba, əl-Hoş, Ayn Bial və Rəşidiyyə bölgələri üçün xəbərdarlıq edib. Yerli sakinlərdən Zəhrani çayının şimalına keçmələri istənilib.
Xatırladaq ki, İsrail ilə Livan arasında 17 apreldə qüvvəyə minən atəşkəs rejimi daha sonra 45 gün uzadılmışdı. Buna baxmayaraq, tərəflər arasında qarşıdurmalar davam edir.
TRT Haber-in məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahu mayın 25-də orduya Livana qarşı hücumların artırılması barədə göstəriş verib.
Livan Səhiyyə Nazirliyi isə İsrailin 2 mart tarixindən bu yana həyata keçirdiyi hücumlarda 3 mindən çox insanın həyatını itirdiyini açıqlayıb.
Mənbə: TrtHaber
