Dünya

İtə ad seçərkən diqqət edilməli məqamlar açıqlandı

Bugun.tv xəbər verir ki, mütəxəssislər itlər üçün seçilən adın heyvanın təlimi və sahibi ilə ünsiyyəti baxımından mühüm rol oynadığını bildiriblər.

Məlumata görə, itin adı sadəcə söz deyil, həm də onunla əlaqə qurmaq üçün əsas vasitələrdən biridir. Çox mürəkkəb və uzun adların heyvanın öyrənmə prosesini çətinləşdirdiyi qeyd olunur.

Mütəxəssislər itlər üçün bir və ya iki hecalı, qısa və aydın səslənən adların daha uyğun olduğunu bildiriblər. Xüsusilə “B”, “D”, “R” və “Z” kimi səslərlə başlayan adların heyvan tərəfindən daha tez qavranıldığı vurğulanıb.

Həmçinin itin xarakteri və görünüşünün də ad seçimində nəzərə alınmasının vacib olduğu qeyd edilib. Aktiv və enerjili itlər üçün daha dinamik, sakit heyvanlar üçün isə yumşaq səslənən adların uyğun olduğu bildirilib.

Mütəxəssislər adın gündəlik həyatda rahat tələffüz edilməsinin vacibliyini də diqqətə çatdırıblar. Eyni zamanda əmrlərə bənzəyən adlardan istifadə etməmək tövsiyə olunur. Çünki bu, itin çaşqınlıq yaşamasına səbəb ola bilər.

Bundan başqa, itin adına tez-tez dəyişiklik etməyin düzgün olmadığı qeyd edilib. Bildirilib ki, heyvan öz adına alışır və həmin adı diqqət, oyun və ya mükafatla əlaqələndirir.

Ekspertlər itin adının müsbət emosiyalarla assosiasiya olunmasının təlim prosesini asanlaşdırdığını vurğulayıblar.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Müqəddəs bayramda da hava hücumları davam etdi

Aynur Camal

Hörmüz boğazında ABŞ blokadasının aradan qaldırılması müzakirə olunur

Aynur Camal

Polşa və İngiltərə müdafiə sahəsində yeni strateji əməkdaşlığa imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu