DünyaHadisə

Güclü fırtına: on minlərlə abonent işıqsız qaldı

Avstraliyanın qərb bölgələrində həftəsonu müşahidə olunan güclü fırtına ciddi fəsadlara səbəb olub.

ABC News-un məlumatına görə, saatda 135 kilometrə çatan güclü küləklər ağacların aşmasına və elektrik xətlərinin zədələnməsinə gətirib çıxarıb.

Fövqəladə Hallar xidmətləri fırtına ilə əlaqədar təxminən 700 yardım çağırışı qəbul etdiklərini açıqlayıblar. Səlahiyyətli qurumlar isə elektrik şəbəkəsində 1300-ə yaxın nasazlığın qeydə alındığını bildiriblər.

Məlumata əsasən, təbii fəlakət səbəbindən 40 mindən çox abonentin elektrik enerjisi kəsilib. Hazırda aidiyyəti qurumların əməkdaşları nasazlıqların aradan qaldırılması və enerji təchizatının bərpası istiqamətində işləri davam etdirirlər.

Meteoroloqlar bölgədə hava şəraitinin dəyişkən olaraq qalacağını qeyd edir və sakinləri ehtiyatlı olmağa çağırırlar.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Livana hücumlar: ölüm sayı 3400-ü keçdi

Aynur Camal

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu