Hadisə

Köpəkbalığı hücumları təşviş yaratdı: İki gündə ikinci ağır hadisə

Bugun.tv xəbər verir ki, Braziliyanın Resifi şəhəri yaxınlığındakı çimərliklərdə iki gün ərzində baş verən ardıcıl köpəkbalığı hücumları bölgədə ciddi narahatlıq yaradıb.

Son hadisə Boa Viajem çimərliyində qeydə alınıb. 19 yaşlı Marcela Vitoria de Lima Santos dənizdə üzərkən pələng köpəkbalığının hücumuna məruz qalıb. Onun köməyinə ilk olaraq əmisiqızı çatıb və gənc qızı sudan çıxarıb.

Hadisə zamanı Marcela Santosun sağ ayağı demək olar ki, tamamilə qopub. Sahildə olan həkim dərhal ilkin tibbi yardım göstərərək qanaxmanı dayandırıb və onun həyatını xilas edib.

Xəstəxanaya çatdırılan gəncin ayağı amputasiya olunub. Həkimlər hazırda infeksiya riskinin qarşısını almaq üçün müalicəni davam etdirirlər.

Bu hadisədən cəmi bir gün əvvəl isə Piedade çimərliyində 11 yaşlı oğlan uşağı da öküz köpəkbalığının hücumuna məruz qalmışdı. Ailəsi ilə birlikdə istirahət edən uşaq hücum nəticəsində əlindən, ombasından və ayağından ağır xəsarətlər alıb. Həkimlər onun sol ayağını xilas edə bilməyiblər.

Məlumata görə, Resifi bölgəsi uzun illərdir köpəkbalığı hücumları ilə tanınır. Rəsmi statistikaya əsasən, son 34 ildə bölgədə 84 köpəkbalığı hücumu qeydə alınıb. Bu hadisələrin 27-si ölümlə nəticələnib.

Mütəxəssislər son insidentlərdən sonra vətəndaşları dənizdə üzərkən daha ehtiyatlı olmağa çağırıblar.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Güclü fırtına: on minlərlə abonent işıqsız qaldı

Aynur Camal

Sürücüsüz avtobus ilk səfərində tramvayla toqquşdu

Aynur Camal

ABŞ-də güclü fırtına və sel: 10 mindən çox sakin işıqsız qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu