Dünya

Banan yeşikləri arasında yarım tondan çox kokain aşkarlandı

Bugun.tv xəbər verir ki, Macarıstan polisi Ekvadordan göndərilən banan konteynerlərində gizlədilmiş 522 kiloqram kokain aşkarlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu, ölkə tarixində bir əməliyyat çərçivəsində ələ keçirilən ən böyük narkotik partiyasıdır.

Məlumata əsasən, yük əvvəlcə Almaniyaya çatdırılıb, daha sonra Macarıstana göndərilib. Budapeştdə aparılan yoxlamalar zamanı təxminən 7 min qutu banan arasında plastik bağlamalara bükülmüş yüzlərlə paket kokain tapılıb.

Macarıstan Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Mate Çuporun sözlərinə görə, müsadirə olunan narkotikin qara bazardakı dəyəri 42,3 milyon avro təşkil edir. Sonrakı araşdırmalar zamanı Rumıniyadan geri qaytarılan başqa bir konteynerdə əlavə 72 kiloqram kokain də aşkarlanıb.

Polis əməliyyatının Almaniya, Çexiya və Slovakiya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirildiyi bildirilib. İstintaq davam edir və qaçaqmalçılığın arxasında Cənubi Amerika mənşəli cinayətkar qruplaşmaların dayandığı ehtimal olunur.

Macarıstan rəsmiləri həmçinin narkotik qaçaqmalçılığı ilə mübarizədə süni intellekt texnologiyalarından istifadə edildiyini açıqlayıblar.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqat: Arıqlamaq beynin fəaliyyətini və bağırsaq bakteriyalarını dəyişir

Aynur Camal

Ukraynada Alman vətəndaşın məcburi səfərbərliyi

Aynur Camal

Tramp süni intellektlə bağlı yeni fərman imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu