Dünya

Tramp: İranla müharibənin yenidən başlamasını gözləmirəm

ABŞ Prezidenti Donald Tramp İranla İsrail arasında son dövrlərdə müşahidə olunan gərginliyin yenidən genişmiqyaslı müharibəyə çevriləcəyini gözləmədiyini bildirib.

Tramp tərəflər arasında aparılan diplomatik təmasların müsbət istiqamətdə davam etdiyini və vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İsrailin İrana qarşı yeni genişmiqyaslı hücuma başlaması ehtimalı hazırda aşağı görünür. Tramp həmçinin Tehran və Vaşinqton arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu və tərəflərin mümkün razılaşmaya yaxınlaşdığını iddia edib.

ABŞ lideri qarşıdakı iki həftə ərzində İran məsələsində “tam qələbə” elan edilə biləcəyini də qeyd edib. O bildirib ki, belə bir nəticə enerji bazarlarına təsir göstərə və neft qiymətlərində ciddi enişə səbəb ola bilər.

Məlumata görə, Tramp bu açıqlamaları İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra səsləndirib. Eyni zamanda, İran rəsmiləri Vaşinqtonla aparılan təmaslarda yekun mətn üzərində işlərin davam etdiyini bildiriblər. Son açıqlamalar bölgədə diplomatik həll variantlarının hərbi ssenarilərdən daha ön plana çıxdığını göstərir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu