24 C
Baku
16 Sentyabr 2026, 21:28
Baş xəbərSosial

Əlilliyin dərki və müyəssərlik mövzusunda iki günlük təlim keçirilib

Bugun.tv xəbər verir ki, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnklüziv şəhərlər alyansı” layihəsi çərçivəsində “Əlilliyin Dərki, Müyəssərlik və Monitorinqlərin aparılması qaydaları” mövzusunda iki günlük təlim təşkil edib.

Təlim 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan olunması ilə əlaqədar layihənin fəaliyyət planına uyğun olaraq keçirilib.

Tədbirdə Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Universiteti və Media Tədris Mərkəzinin könüllü tələbələri, “Bu gün TV Media Qurumu”nun əməkdaşları və digər media nümayəndələri iştirak ediblər.

Bu barədə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli məlumat verib. Onun sözlərinə görə, təlimin əsas məqsədi infrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi və monitorinqlərin aparılması istiqamətində iştirakçıların bilik və bacarıqlarının artırılması olub.

Təlimçi, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə məsləhətçisi Telman Yolçiyev iştirakçılara əlillik anlayışı, inklüziv cəmiyyət, universal dizayn prinsipləri, müyəssərlik standartları və monitorinq mexanizmləri barədə ətraflı məlumat verib. Təlim zamanı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl Bakı Urban Həftəsi və 13-cü Dünya Şəhərsalma Forumu zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib. Həmçinin müxtəlif ölkələrdən əlilliyi olan şəxslərin təşkilatlarının iştirakı ilə onlayn görüş təşkil olunub.

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu