Baş xəbərSosial

Xll Sevgi və Sülh Festivalı baş tutdu

Bugun.tv xəbər verir ki, yoqa təlimçisi İlhamə Şirinovanın təşkilatçılığı ilə XII Sevgi və Sülh Festivalı keçirilib.

Tədbir Omar Atçılıq Klubunda baş tutub.

Festivalda müxtəlif yaş qruplarından olan insanlar iştirak edərək fərqli təlim və seminarlara qatılıblar.

Tədbirin əsas məqsədi insanların mənəvi inkişafına, daxili harmoniyasına və sağlam həyat tərzinə diqqət çəkmək olub. Festival çərçivəsində iştirakçılar yoqa, meditasiya və fərdi inkişaf mövzularında məlumat əldə ediblər.

Festivalın qonaqlarından biri olan fen-şuy və metafizika üzrə mütəxəssis Məryəm Teymur enerji, insanın daxili potensialı və müsbət düşüncənin həyatımıza təsiri barədə təlim keçib.

Səmimi və pozitiv atmosferdə keçən festival iştirakçılar tərəfindən maraqla qarşılanıb və böyük rəğbət qazanıb. Tədbir sevgi, sülh və qarşılıqlı anlaşma dəyərlərinin təbliği baxımından yadda qalan olub.

Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu