Dünya

Onlarla plastik pulqabı sahilə vurdu

Bugun.tv xəbər verir ki, ABŞ-ın Texas ştatı sahillərində son aylarda qeyri-adi hadisə müşahidə olunur. Çimərliklərə müxtəlif rəngli plastik pulqabıların (kumbara) vurması həm alimlərin, həm də yerli sakinlərin diqqətini cəlb edib.

Məlumata görə, son bir il ərzində Texas sahillərində 60-dan çox plastik pulqabı aşkarlanıb. Bəzi günlərdə eyni sahil zolağında onlarla belə əşyaya rast gəlinib.

Dəniz alimi Ceys Tannellin sözlərinə görə, pulqabıların əksəriyyəti Karib hövzəsi və ya Cənubi Amerika ölkələrindən okean axınları vasitəsilə gətirilmiş ola bilər. Mütəxəssislər hesab edirlər ki, bu əşyalar dənizə düşdükdən sonra yüzlərlə, hətta minlərlə kilometr məsafə qət edərək ABŞ sahillərinə çatıb.

Araşdırmaçılar pulqabıların mənşəyi ilə bağlı müxtəlif ehtimallar üzərində işləyirlər. Onlardan biri dənizdə yük konteynerinin itməsi, digəri isə istifadə olunmayan məhsulların çaylar vasitəsilə okeana daşınmasıdır. Lakin indiyədək onların dəqiq mənbəyi müəyyən edilməyib.

Maraqlıdır ki, sahilə çıxarılan pulqabıların bir çoxu işlədilmiş vəziyyətdə olsa da, bəziləri tamamilə yeni görünür. Bununla yanaşı, indiyədək tapılan nümunələrin heç birinin içərisindən pul çıxmayıb. Tədqiqatçılar yalnız qum və müxtəlif dəniz qalıqları ilə qarşılaşdıqlarını bildiriblər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu