DünyaSiyasət

Məhəmməd Əsədullazadə: ABŞ İranı nüvə silahından imtinaya məcbur etdi

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanı şərh edib.

Siyasi ekspert sosial media hesabında paylaşdığı fikirlərdə bildirib ki, Vaşinqton və Tehran arasında müharibənin dayandırılması və nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması ABŞ Prezidenti Donald Tramp üçün mühüm siyasi uğur hesab oluna bilər.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, əldə edilən razılaşma İranın nüvə silahından imtina etməsini və zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsinə razılıq verməsini nəzərdə tutur. Ekspert qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi təzyiqlərinin əsas məqsədi də məhz bu nəticəyə nail olmaq idi.

Onun fikrincə, müharibənin ilk günlərində Vaşinqton İsrailin təsiri ilə İranda rejim dəyişikliyini gündəmə gətirsə də, sonradan bunun real olmadığını anlayıb. ABŞ üçün əsas prioritetin İran rejimini dəyişmək deyil, Tehranla müəyyən əməkdaşlıq formatı yaratmaq olduğu vurğulanıb.

Əsədullazadə bildirib ki, müharibə nəticəsində İranın hərbi sənayesi ciddi zərbə alıb, iqtisadi və sosial problemlər daha da dərinləşib. O hesab edir ki, məhz bu amillər İran rəhbərliyini ABŞ-la razılığa gəlməyə sövq edib.

Siyasi ekspertin qənaətinə görə, İran rejimi mövcudluğunu qoruyub saxlasa da, bu müharibədən qalib tərəf kimi çıxmayıb. O qeyd edib ki, Tehran regional güc statusunu əvvəlki səviyyədə davam etdirmək imkanlarını əhəmiyyətli dərəcədə itirib.

Məhəmməd Əsədullazadə əlavə edib ki, ABŞ-la danışıqlara getmək İran üçün iqtisadi problemlərin həlli və sanksiyaların yumşaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın süni intellekt qərarı Avropada narahatlıq doğurdu

Aynur Camal

Çin məhsullarının bazarlardakı artan payı narahatlıq yaradır

Aynur Camal

Süni intellekt G7 sammitində

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu