Dünya

Lavrov: ABŞ Ukrayna məsələsini Avropanın öhdəsinə buraxmamalıdır

Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanmasını prioritet məsələ kimi gündəmdə saxlayacağına ümid etdiyini bildirib.

Lavrov Belarusun xarici işlər naziri Maksim Rıjenkovla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqton Ukrayna məsələsini diqqət mərkəzində saxlamalı və bu prosesin Avropa ölkələrinin nəzarətinə keçməsinə imkan verməməlidir.

Rusiyalı nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın dövründə Ukrayna ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb və bu istiqamətdə fəaliyyət davam etməlidir.

Sergey Lavrov Avropa ölkələrinin Ukrayna ilə bağlı planlarını “qeyri-real” adlandıraraq bildirib ki, bəzi Avropa dövlətləri vəziyyəti düzgün qiymətləndirmir. O, xüsusilə Fransada keçiriləcək G7 sammiti ərəfəsində bu məsələnin aktuallığını vurğulayıb.

Lavrov həmçinin Avropanın yenidən beynəlxalq münasibətlərdə gərginlik yarada biləcəyini iddia edərək, qitənin tarix boyu oxşar proseslərdə rol oynadığını qeyd edib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın süni intellekt qərarı Avropada narahatlıq doğurdu

Aynur Camal

Çin məhsullarının bazarlardakı artan payı narahatlıq yaradır

Aynur Camal

Süni intellekt G7 sammitində

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu