24 C
Baku
25 Sentyabr 2026, 20:18
DünyaSiyasət

ABŞ və Avropa arasında İran razılaşması ilə bağlı fikir ayrılığı

Bugun.tv xəbər verir ki, Fransanın Evian şəhərində keçirilən beynəlxalq sammit çərçivəsində Avropa liderləri ABŞ Prezidenti Donald Trampı İranla əldə olunan ilkin razılaşmanın riskləri barədə xəbərdar ediblər.

Məlumata görə, Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə və raket proqramları ilə bağlı daha sərt və əhatəli yekun sazişin hazırlanmasının vacibliyini vurğulayıblar. Avropa ölkələri hesab edir ki, mövcud memorandum Tehranla bağlı bütün təhlükəsizlik narahatlıqlarını aradan qaldırmır.

Liderlər həmçinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, enerji bazarlarının sabitliyi və Ukraynadakı müharibə ilə bağlı məsələləri də müzakirə ediblər. Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Aynur Camal

Tramp və Şi arasında görüşdən sonra ABŞ-da dövlət yeməyi keçirildi

Aynur Camal

Fransa Səudiyyə Ərəbistanındakı neft obyektini qorumaq üçün hərbçi göndərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu