Bugun.tv xəbər verir ki, Yəməndə husilərin hücumlarının artmasından sonra Səudiyyə Ərəbistanının müttəfiqləri ölkəyə dəstək verməyə başlayıb. Al Jazeera-nın 25 sentyabr tarixli məlumatına görə, Fransa Qırmızı dəniz sahilində yerləşən Yanbu limanındakı mühüm neft obyektinin qorunması üçün hərbi qüvvə göndərəcək.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, əraziyə hərbçilərlə yanaşı radar və hava hücumundan müdafiə sistemləri də yerləşdiriləcək.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda görüşərək müdafiə razılaşması çərçivəsində təcili hərbi toplantının keçirilməsini müzakirə ediblər.
Husilərin hücumlarının Səudiyyə Ərəbistanında enerji və iqtisadi obyektlərə təhlükə yaratdığı bildirilir. Bölgədə gərginliyin artması dünya enerji bazarlarına da təsir göstərə bilər.
Mənbə: Aljazeera
