Dünya

İsveç, Norveç və Kanada Ukraynaya yeni müdafiə paketi ayırır

Bugun.tv xəbər verir ki, İsveç, Norveç və Kanada Ukraynaya növbəti hərbi yardım paketinin təqdim olunacağını açıqlayıb.

Yeni təşəbbüs çərçivəsində əsas diqqət ABŞ istehsalı olan silah və hərbi texnikanın alınmasına yönəldiləcək.

Reuters agentliyinin məlumatına görə, İsveç hökuməti bu məqsədlə 1 milyard İsveç kronu, yəni təxminən 108 milyon dollar ayıracağını bəyan edib. İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, yardım Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, eləcə də ölkənin döyüş qabiliyyətinin artırılmasına xidmət edəcək.

Norveç və Kanada da təşəbbüsə qoşulduqlarını təsdiqləsələr də, ayıracaqları maliyyə vəsaitinin həcmi hələlik açıqlanmayıb. Məlumata görə, yeni yardım paketi Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının təmin olunmasına və Rusiyanın davam edən hücumlarına qarşı müqavimətinin artırılmasına hesablanıb.

Qərb ölkələri indiyədək Ukraynaya milyardlarla dollar dəyərində hərbi və maliyyə dəstəyi göstərib. Analitiklər hesab edirlər ki, yeni paket Kiyevin müdafiə potensialının qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Həkimlər buz kimi içkilərin isti havada təhlükəli ola biləcəyini bildirir

Aynur Camal

YKS üçün geri sayım başladı

Aynur Camal

Süni intellekt məlumat mərkəzləri ABŞ-da narazılıq yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu