Baş xəbərSəhiyyə

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Bugun.tv xəbər verir ki, alimlər ultra emal olunmuş qidaların insanlarda klinik səviyyədə asılılıq yaratdığını və bu problemin dünya üzrə sürətlə yayıldığını müəyyən ediblər.

Araşdırmalara görə, market rəflərində geniş yer tutan çips, hazır şirniyyatlar, pizza və dondurulmuş xəmir məhsulları insan beynində güclü həzz hissi yaradan xüsusi formul əsasında hazırlanır. Mütəxəssislər bildirirlər ki, qida istehsalçıları şəkər, rafinə edilmiş karbohidratlar, duz, yağ və süni aromaları birləşdirərək təbiətdə rast gəlinməyən qida tərkibi yaradırlar. Bu isə insanın həmin məhsulları təkrar-təkrar istehlak etməsinə səbəb olur.

Alimlərin fikrincə, məsələ iradə zəifliyindən deyil, insanın təkamül prosesində formalaşmış həyatda qalma mexanizmlərinin istismar edilməsindən qaynaqlanır. Qədim dövrlərdə enerji və mineral mənbələrinə çatmaq çətin olduğu üçün insan orqanizmi şəkər və duza qarşı həssaslıq inkişaf etdirib. Müasir dövrdə isə bu maddələri yüksək miqdarda ehtiva edən məhsullar hər addımda əlçatandır.

Tədqiqatlar göstərir ki, yağ və rafinə edilmiş nişastanın birgə istifadəsi asılılıq potensialını daha da artırır. Xüsusilə ağ un və kartof nişastası qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə kəskin enməsinə səbəb olaraq aclıq hissini gücləndirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qidalanmada ultra emal olunmuş məhsulların payının cəmi 10 faiz artması belə piylənmə riskini 55 faiz, ürək-damar xəstəliklərindən ölüm ehtimalını 50 faiz, ikinci tip diabet riskini isə 40 faiz yüksəldə bilər. Son araşdırmalar bu qidaların insult, yaddaş zəifləməsi və həzm sistemi xərçəngləri ilə də əlaqəli olduğunu göstərir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Həkimlər buz kimi içkilərin isti havada təhlükəli ola biləcəyini bildirir

Aynur Camal

Dünyada ən təhlükəli dəri xərçəngindən necə qorunmaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu