DünyaHadisə

Açıq havada spirtli içki qəbulu məhdudlaşdırıldı

Bugun.tv xəbər verir ki, Fransada müşahidə olunan güclü isti hava dalğası səbəbindən hökumət bir sıra məhdudiyyətlər tətbiq edib. İyunun 21-də keçirilən ənənəvi Musiqi Bayramı (Fête de la Musique) çərçivəsində qırmızı xəbərdarlıq elan olunan bölgələrdə ictimai yerlərdə spirtli içki qəbulu qadağan edilib.

Məlumata görə, ölkənin bəzi ərazilərində havanın temperaturunun 40 dərəcəyə yaxınlaşması səbəbindən yerli hakimiyyət orqanları əlavə təhlükəsizlik tədbirləri görüb. Bir sıra bələdiyyələr festivalın keçirildiyi məkanlarda spirtli içkilərin satışını da tam dayandırıblar.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur şəraitində alkoqol qəbulu orqanizmdə maye itkisini sürətləndirir və günvurma riskini artırır. Bu səbəbdən sakinlərə daha çox su içmək, günəş altında uzun müddət qalmamaq və zərurət olmadıqca açıq havada fiziki aktivlikdən çəkinmək tövsiyə olunub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya gedən ticarət gəmilərinə hücum etdi, ölən və yaralananlar var

Aynur Camal

Kubada iqtisadi böhran dərinləşir, sakinlər etiraz aksiyası keçiriblər

Aynur Camal

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu