28 C
Baku
22 Sentyabr 2026, 15:09
Dünya

Kubada iqtisadi böhran dərinləşir, sakinlər etiraz aksiyası keçiriblər

Bugun.tv xəbər verir ki, Kubanın paytaxtı Havana şəhərində davam edən elektrik kəsintiləri, yanacaq çatışmazlığı və su qıtlığı sakinlərin etirazına səbəb olub. Yerli məlumatlara görə, Havana şəhərinin Buenavista məhəlləsində yaşayan sakinlər gecə saatlarında küçələrə çıxaraq uzunmüddətli enerji böhranına etiraz ediblər.

Bildirilib ki, etirazçılar gündəlik həyatın getdikcə çətinləşdiyini diqqətə çatdırmaq üçün küçədə tonqal qalayıb və yaranmış vəziyyətə diqqət çəkməyə çalışıblar. Ölkədə yanacaq çatışmazlığı səbəbindən zibil maşınlarının fəaliyyətində də problemlər yaranıb. Nəticədə bəzi yaşayış məntəqələrində tullantılar uzun müddət yığılmadan qalır.

Mütəxəssislər qeyd edirlər ki, Kubada iqtisadi vəziyyətə ABŞ sanksiyaları, maliyyə çətinlikləri və turizm gəlirlərinin azalması təsir göstərir. Son illərdə ölkəyə gələn turistlərin sayının azalması iqtisadi böhranın daha da dərinləşməsinə səbəb olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Norveçdə 4 min illik uşağın qalıqları alimlərə yeni məlumat verə bilər

Aynur Camal

Buzlu peyklərdə nəhəng toqquşmalar səthaltı okeanları təhlükə altına sala bilər

Aynur Camal

Madaqaskarın “oxuyan” lemurları opera müğənnilərinin sirrindən istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu