DünyaSiyasət

Pentaqon Konqresdən 80 milyard dollar istədi

ABŞ Müdafiə Nazirliyi İranla davam edən hərbi qarşıdurmanın maliyyə yükünü qarşılamaq üçün Konqresdən əlavə 80 milyard dollar vəsait ayrılmasını istəyib.

Məlumata görə, vəsait əsasən hərbi əməliyyatların davam etdirilməsi, döyüş sursatlarının ehtiyatının bərpası, hərbi gəmilərin fəaliyyəti və şəxsi heyətin təminatı üçün nəzərdə tutulub.

Pentaqon rəsmiləri bildirirlər ki, yeni maliyyə paketi təsdiqlənməsə, bəzi əməliyyatlar üçün ayrılmış vəsait yay aylarında tükənə bilər. ABŞ Prezidenti Donald Tramp administrasiyası artıq müdafiə büdcəsinin 1,5 trilyon dollara çatdırılmasını təklif edib, lakin əlavə maliyyələşdirmə tələbi Konqresdə mübahisələrə səbəb olub.

Bir sıra qanunvericilər İranla müharibənin real xərclərinin açıqlanan məbləğdən daha yüksək ola biləcəyini bildirir. Ağ Evin isə hələlik Konqresə rəsmi sorğu təqdim etmədiyi qeyd olunur.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu