Baş xəbərİdman

Messi, Mbappe, yoxsa Haaland? Dünya Çempionatının bombardiri uğrunda yarış qızışır

ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatında “Qızıl buts” uğrunda mübarizə əsas müzakirə mövzularından birinə çevrilib. Hazırda futbolsevərlər turnirin ən məhsuldar oyunçusunun kimin olacağını müzakirə edir.

Turnirin ilk oyunlarından sonra Argentina millisinin kapitanı Lionel Messi beş qolla bombardirlər siyahısına başçılıq edir. Fransa yığmasının hücumçusu Kilian Mbappe və Norveç millisinin ulduzu Erlinq Haaland isə dörd qolla onu yaxından izləyirlər. İngiltərə millisinin lideri Harri Keyn də əsas namizədlər arasında göstərilir.

Analitiklər hesab edirlər ki, Messi təcrübəsi, Mbappe sürəti və Haalandın yüksək qol instinkti sayəsində yarışın sonuna qədər favoritlər sırasında qalacaqlar. Bununla belə, pley-off mərhələsində keçiriləcək görüşlər bombardir yarışının taleyini dəyişə bilər.

CNN-in “The Beautiful Game” layihəsində də qeyd olunur ki, hazırkı mundial həm əfsanəvi futbolçuların, həm də yeni nəslin ulduzlarının qarşıdurmasına çevrilib və ən böyük suallardan biri turnirin sonunda “Qızıl buts” mükafatının kimə qismət olacağıdır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Türkmənistan Prezidentinin səfəri Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ açır

Aynur Camal

ABŞ İran millisinin Dünya Kuboku ilə bağlı məhdudiyyətlərini yumşaltdı

Aynur Camal

Azərbaycan və Türkmənistan arasında 199 məhsul növü üzrə ticarət aparıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu