Dünya

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Bugun.tv xəbər verir ki, Böyük Britaniya yaxın vaxtlarda son on ildə yeddinci baş nazirini qarşılamağa hazırlaşır. Ölkədə 2016-cı ildə keçirilən Brexit referendumundan sonra siyasi rəhbərlikdə tez-tez dəyişikliklər baş verib.

Son on ildə ölkəyə rəhbərlik edən baş nazirlər sırasında David Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və hazırkı Baş nazir Keyr Starmer yer alıb. Siyasi müşahidəçilər hesab edirlər ki, hökumət dəyişikliyinin tez-tez baş verməsi iqtisadi problemlər, partiyadaxili fikir ayrılıqları və Brexitdən sonrakı çətinliklərlə bağlıdır.

Ekspertlərin fikrincə, Britaniyada davam edən siyasi qeyri-sabitlik ölkənin daxili siyasəti ilə yanaşı, Avropa ilə münasibətlərinə və iqtisadi inkişaf perspektivlərinə də təsir göstərir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu