Dünya

Hörmüz boğazında yeni marşrut gərginliyi

Bugun.tv xəbər verir ki, İran ətrafında artan gərginlik fonunda neft tankerləri Hörmüz boğazından keçərkən yeni marşrutlardan istifadə etməyə başlayıb.

Məlumata görə, bir sıra tanker operatorları və gəmiçilik şirkətləri təhlükəsizlik risklərini azaltmaq məqsədilə gəmilərini İran sahillərindən daha uzaq, Oman sahillərinə yaxın sulardan istiqamətləndirirlər.

Ekspertlər bildirirlər ki, Hörmüz boğazı qlobal enerji təchizatında strateji əhəmiyyətə malikdir. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi bu boğazdan keçir. Bölgədə mümkün hərbi eskalasiya və ya nəqliyyatın pozulması neft bazarlarında qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.

Beynəlxalq gəmiçilik şirkətləri vəziyyəti yaxından izlədiklərini və təhlükəsizlik tədbirlərini gücləndirdiklərini açıqlayıblar. Analitiklərin fikrincə, marşrutların dəyişdirilməsi daşınma müddətinin və sığorta xərclərinin artmasına gətirib çıxara bilər.

Qeyd edək ki, İran rəsmiləri son günlərdə ölkəyə qarşı mümkün təhdidlərə cavab olaraq Hörmüz boğazının bağlanması variantını istisna etməyiblər. Bununla belə, boğazda gəmi hərəkəti hazırda davam edir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Taliban Əfqanıstan rəsmilərinə smartfon istifadəsini qadağan etdi

Aynur Camal

Son illərin ən güclü zəlzələsi: Ölənlərin sayı 164 nəfərə çatdı

Aynur Camal

Viral LED maskadan bir ildən çox istifadə edən jurnalist: “İstifadə etdiyim yeganə maskadır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu