Dünya

Qəhvə ağaclarını iqlim dəyişikliyinə davamlı etmək üçün yeni tədqiqat

Braziliyada alimlər qlobal istiləşmənin qəhvə istehsalına təsirini azaltmaq məqsədilə yüksək temperatur, quraqlıq və xəstəliklərə daha davamlı yeni qəhvə növləri üzərində çalışırlar.

Bugun.tv xəbər verir ki, tədqiqatçılar müxtəlif qəhvə növlərinin genetik xüsusiyyətlərini birləşdirərək məşhur arabika sortunun məhsuldarlığını qorumağı və onu dəyişən iqlim şəraitinə daha dözümlü etməyi hədəfləyirlər.

Araşdırma çərçivəsində alimlər istiliyə və quraqlığa davamlı liberika və digər nadir qəhvə növlərinin genlərini arabika ilə birləşdirərək yeni hibrid sortlar hazırlayırlar. Məqsəd həm məhsuldarlığı artırmaq, həm də xəstəliklərə qarşı müqaviməti gücləndirməkdir.

Mütəxəssislərin sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər hazırda arabika qəhvəsinin yetişdirildiyi ərazilərin təxminən 20 faizinin bu bitki üçün yararsız hala gələcəyi proqnozlaşdırılır. Bu səbəbdən yeni sortların yaradılması dünya qəhvə bazarı üçün strateji əhəmiyyət daşıyır.

Alimlər bildirirlər ki, hazırlanacaq yeni qəhvə ağacları gələcəkdə daha az su ilə yetişdirilə, quraqlıq və zərərvericilərə qarşı daha davamlı ola bilər. Bu isə həm fermerlərin məhsuldarlığını qorumağa, həm də dünya üzrə qəhvə təchizatının sabit saxlanmasına kömək edəcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Bu yay mövsümünün ən populyar giləmeyvəsi mlum oldu

Aynur Camal

Xarici hərbi bazaların qarşısını almaq üçün təhlükəsizlik sazişi imzalandı

Aynur Camal

Tramp: Kommunizm ABŞ üçün ən böyük təhlükədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu