Mədəniyyət

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Tayvanlı Mandopop ulduzu Jolin Tsai Taybeydə keçirilən və çindilli musiqi dünyasının ən nüfuzlu tədbirlərindən sayılan Qızıl Melodiya Mükafatlarında (Golden Melody Awards) ilin ən yaxşı albomu mükafatına layiq görülüb.

Müğənni yeddi ölümcül günah mövzusundan ilhamlanan “Pleasure” adlı konsept albomu ilə qalib gəlib. Jolin Tsai eyni zamanda “Ən yaxşı mandarin dilli qadın ifaçı” nominasiyasında da mükafat qazanıb.

Mükafatı qəbul edərkən Tsai bildirib ki, bu albom onun yaradıcılıq yolunda yeni mərhələnin başlanğıcı olub. O, artıq musiqi karyerasında qərarları özü verdiyini və bu layihənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

45 yaşlı müğənni 1999-cu ildə debüt etdikdən sonra Çin dilli musiqi bazarının ən tanınmış pop ulduzlarından birinə çevrilib. Onun yaradıcılığı Madonna və Kylie Minogue kimi dünya ulduzlarının təsiri ilə formalaşıb.

Qızıl Melodiya Mükafatlarında mandarin dili ilə yanaşı, Tayvanın Hakka, Hoklo və yerli Paiwan dillərində ifa olunan musiqilər də mükafatlandırılır. Bu il Sara Chan “Blue Hour Bloom” albomu ilə ən yaxşı Hakka müğənnisi seçilib. O bildirib ki, albom ona ailəsi ilə Hakka dilində daha çox ünsiyyət qurmağa kömək edib.

Son illərdə Çin və Tayvan arasında siyasi gərginlik səbəbindən materik Çindən olan sənətçilərin bu tədbirdə iştirakı xeyli azalıb. Bu il çinli ifaçılar Jude Chiu və Shan Yichun namizəd olsalar da, mərasimə qatılmayıblar.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Güngör Yavuzaslan: “Qüdsün kitabını yazmalıyam”

Aynur Camal

Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış ETDİ

Aynur Camal

“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə…”-FOTO+ÖZƏL

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu