24 C
Baku
22 Sentyabr 2026, 21:48
Leyli və Məcnun, Üzeyir Hacıbəyli, Musiqili Teatr, Üzeyir Hacıbəyli Musiqi Festivalı, Samir Qulamov, muğam operası, Azərbaycan teatrı, Heydər Əliyev Fondu
Mədəniyyət

“Leyli və Məcnun” Akademik Musiqili Teatrda – yeni quruluşda 30-cu nümayiş

Bugun.tv xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası əsasında Prezident mükafatçısı, rejissor Samir Qulamovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsəri böyük maraq və alqışlarla qarşılanıb.

İlk dəfə 1908-ci ildə Tağıyev Teatrında – indiki Akademik Musiqili Teatrın köhnə binasında nümayiş olunan “Leyli və Məcnun” tamaşası 115 ildən sonra, 2023-cü ildə, yenidən bu səhnəyə qayıdıb. Tamaşa yeni quruluşda artıq 30-cu dəfə nümayiş olunub.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov və Bəbir Mahmudov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri isə Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Səhnə əsərində Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Gülnarə Abdullayeva, Azər Pənahov, İranə Kərimova, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova və Aydan Əliyeva, həmçinin xor və balet artistləri iştirak ediblər.

Mənbə: medeniyyet.info.az

Aynur Camal

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu