Bugun.tv xəbər verir ki, ABŞ Venesuelada baş vermiş güclü zəlzələlərdən sonra humanitar yardım əməliyyatlarını dəstəkləmək məqsədilə ölkəyə 900-dən çox hərbi qulluqçu göndərib.
Reuters-in məlumatına görə, ABŞ Cənub Komandanlığının rəhbəri general Frensis Donovan bildirib ki, əlavə olaraq Puerto-Riko və Kurasaoda yerləşdirilən təxminən 800 hərbçi də yardım əməliyyatlarına cəlb olunub.
ABŞ hərbçiləri axtarış-xilasetmə işlərində iştirak edir, hava limanının fəaliyyətinin bərpasına kömək göstərir, humanitar yüklərin çatdırılması üçün hava və dəniz nəqliyyatını koordinasiya edirlər. Zədələnmiş infrastrukturun qiymətləndirilməsi və yolların açıq saxlanılması üçün MQ-9 Reaper pilotsuz uçuş aparatlarından da istifadə olunur.
Reuters qeyd edir ki, bu humanitar missiya Vaşinqton və Karakas arasında son aylarda yaşanan gərgin münasibətlər fonunda diqqət çəkən addım kimi qiymətləndirilir. ABŞ tərəfi əməliyyatın yalnız humanitar məqsəd daşıdığını və müvəqqəti xarakter daşıdığını bildirib.
Mənbə: Reuters
