Dünya

Karbon qazının tutulmasını sürətləndirməyin torpağa faydası

ABŞ-ın Kaliforniya Universitetinin Devis (UC Davis) kampusunun alimləri kənd təsərrüfatı torpaqlarına xırdalanmış bazalt süxuru əlavə etməklə atmosferdəki karbon qazının tutulmasını sürətləndirməyin mümkünlüyünü araşdırırlar.

Bugun.tv xəbər verir ki, bu barədə UC Davis Universitetinin noyabrın 16-da yayımladığı məlumatda bildirilir.

Tədqiqatçılar təbii şəraitdə çox yavaş gedən süxur aşınması prosesini sürətləndirməyə çalışırlar. Yağış suyu atmosferdəki karbon qazı ilə birləşərək zəif karbon turşusu əmələ gətirir. Bu su bazaltla qarşılıqlı təsirə girdikdə karbon müxtəlif kimyəvi formalara keçir və torpaq, yeraltı sular vasitəsilə uzun müddət saxlanıla bilər.

Alimlər Kaliforniyadakı Sierra Foothill Tədqiqat və Təcrübə Mərkəzində sınaqlar aparırlar. Təcrübə sahələrinə xırdalanmış bazalt tozu səpilir, torpaq mütəmadi suvarılır, müəyyən fasilələrlə torpaq və su nümunələri götürülərək laboratoriyada araşdırılır.

Tədqiqatçılar bu üsulun torpağın qida maddələri ilə zənginləşməsinə və kənd təsərrüfatı məhsuldarlığına da müsbət təsir göstərə biləcəyini bildirirlər. Bununla belə, karbonun nə qədərinin tutulduğu və süxurun daşınması, xırdalanması zamanı yaranan emissiyaların faydanı azaldıb-azaltmadığı hələ dəqiqləşdirilir.

Mənbə: GoodNews

Aynur Camal

Oxşar xəbərlər

Tramp Kim Çen Inla görüş ehtimalını istisna etməyib

Aynur Camal

Alimlər artıq çəkiyə qarşı faydalı ola biləcək qara çay növünü müəyyən ediblər

Aynur Camal

Noyabrın 17-də “rəqəmsal apokalipsis” olacaq?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu