DünyaSiyasət

Medvedev İranda Əli Xamenei ilə vida mərasimində Rusiyanı təmsil edəcək

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İrana səfər edəcək. O, İranın həlak olmuş ali dini lideri Əli Xamenei ilə vida mərasimində Rusiyanı təmsil edəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 2-də jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin “Rusiyanı mərasimdə məhz Medvedevin təmsil edəcəyi doğrudurmu?” sualına Peskov belə cavab verib:

“Bəli, bu, doğrudur. Dmitri Anatolyeviç vida mərasimində iştirak edəcək”.

Məlumata görə, Əli Xamenei ABŞ-İsrail zərbələri nəticəsində həlak olub. Onun ölümü barədə İranda martın 1-də rəsmi məlumat yayılıb.

Əli Xamenei ilə vida mərasimləri iyulun 4-dən 9-dək davam edəcək. İyulun 4-6-da Tehranda vida mərasimi və dəfn yürüşü keçiriləcək. İyulun 7-də mərasim Qum şəhərində, iyulun 8-də isə İraqın Nəcəf və Kərbəla şəhərlərində davam edəcək.

Dəfn mərasiminin iyulun 9-da Məşhəd şəhərində baş tutacağı bildirilir.

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğını 900 hektar ərazini külə döndərdi

Aynur Camal

Zaxarova: Zərbələr Kiyev rejiminin hərbi və strateji obyektlərinə endirildi

Aynur Camal

Dünyanın ən hündür lifti cəmi 88 saniyəyə zirvəyə çatdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu