Dünya

Çinin Sakit okeanda raket sınağı ABŞ müttəfiqlərini narahat etdi

Çin Sakit okeanda uzunmənzilli ballistik raket sınağı keçirib. Raketin nüvə sualtı qayığından buraxıldığı bildirilir.

Bugun.tv xəbər verir ki, The Washington Post-un yaydığı məlumata görə, rəsmi Pekin sınağın əvvəlcədən planlaşdırılmış hərbi təlim çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Lakin raket buraxılışı ABŞ-ın regiondakı müttəfiqləri – Avstraliya, Yaponiya və Yeni Zelandiyada narahatlıq yaradıb. Həmin ölkələr bu addımın Hind-Sakit okean regionunda təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərə biləcəyini bildiriblər.

Məlumata görə, ballistik raketin nüvə sualtı qayığından buraxılması Çinin strateji hərbi imkanlarının nümayişi kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, bu sınaq Pekinin bölgədə hərbi təsirini artırmaq istiqamətində atdığı növbəti addımlardan biridir.

Ekspertlərin fikrincə, raket sınağı ABŞ və onun müttəfiqləri ilə Çin arasında hərbi rəqabətin daha da gücləndiyini göstərir və bölgədə təhlükəsizlik məsələlərinin NATO sammiti fonunda da diqqət mərkəzində qalacağını nümayiş etdirir.

Mənbə: The WashingtonPost

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu