Image default
Dünya

NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaq

NATO ABŞ istehsalı olan əsas silah sistemlərinin Avropada istehsalı və texniki xidmətinin təşkili üçün yeni sənaye əməkdaşlığı layihələrinə start verir.

NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda bildirib ki, ABŞ və bir sıra aparıcı Amerika müdafiə şirkətləri Avropanın iri müdafiə sənayesi müəssisələri ilə yeni əməkdaşlıq təşəbbüsləri barədə razılığa gəliblər.

Onun sözlərinə görə, layihə çərçivəsində ABŞ-ın əsas silah sistemləri, o cümlədən Abrams tankları, AMRAAMATACMS raketləri, Barracuda 500M, Small Diameter Bomb aviasiya bombaları və Stinger zenit-raket kompleksləri Avropada istehsal olunacaq və ya onlara texniki xidmət göstəriləcək.

Mark Rütte bildirib ki, bu əməkdaşlıq NATO-nun transatlantik müdafiə sənayesi birliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.

Yeni layihələrdə ABŞ-ın Boeing, Lockheed Martin, Raytheon, General Dynamics Land SystemsAnduril şirkətləri, Avropadan isə Rheinmetall, Diehl və Polşanın PGZ şirkəti iştirak edəcək.

Baş katib həmçinin NATO Engine adlı yeni təşəbbüsün yaradıldığını açıqlayıb. Layihənin məqsədi Atlantikanın hər iki tərəfində yerləşən istehsal müəssisələrini vahid şəbəkədə birləşdirmək, silah istehsalını artırmaq və müasir müdafiə sənayesini gücləndirməkdir.

Rütte vurğulayıb ki, təşəbbüs çərçivəsində hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli zərbə vasitələrinin istehsalına xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, yeni layihələr həm NATO ölkələrinin silah ehtiyatlarının artırılmasına, həm də Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə xidmət edəcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində namizəd olacağını açıqladı

Aynur Camal

Tramp: Putinlə çox yaxşı danışıq apardım, Ukrayna ilə bağlı razılaşma mümkündür

Aynur Camal

Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayrıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu