Image default
DünyaSiyasət

Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində namizəd olacağını açıqladı

Fransada parlamentdə təmsil olunan Milli Birlik Partiyasının fraksiya rəhbəri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Le Pen partiyasının iclasından sonra TF1 telekanalına açıqlamasında prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Siyasətçi eyni zamanda Paris Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib. Onun sözlərinə görə, bu addım şikayətə baxılan müddətdə hökmün icrasını, o cümlədən elektron qolbaq taxılması ilə bağlı tələbi dayandıracaq. Le Pen qeyd edib ki, bunun sayəsində seçki kampaniyasını elektron qolbaq olmadan apara biləcək.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə, hazırda 30 yaşı olan Milli Birlik Partiyasının sədri Jordan Bardellanı Fransanın baş naziri vəzifəsinə təyin etməyi planlaşdırır.

Xatırladaq ki, iyulun 7-də Paris Apellyasiya Məhkəməsi Marin Le Penin seçkilərdə iştirakına qoyulan qadağanı 15 aya endirib və bununla da onun 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürməsinə hüquqi maneəni aradan qaldırıb. Məhkəmə həmçinin parlament köməkçiləri işi üzrə verilən həbs cəzasını üç ilə endirib. Bu müddətin iki ili şərti hesab olunur, qalan bir il ərzində isə Le Pen elektron qolbaq taxmalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Putinlə çox yaxşı danışıq apardım, Ukrayna ilə bağlı razılaşma mümkündür

Aynur Camal

Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayrıldı

Aynur Camal

Fələstin dövlətinin rəsmi tanınması prosesi sürətləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu