Image default
Dünya

Rusiya Aİ-ni Moskvaya qarşı əsassız ittihamlar irəli sürməkdə günahlandırdı

Rusiya Avropa İttifaqını (Aİ) kibertəhlükəsizlik məsələsində peşəkar əməkdaşlıqdan yayınmaqda və Moskvaya qarşı əsassız ittihamlar irəli sürməkdə günahlandırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəliyi TASS agentliyinə açıqlama verib.

Bildirilib ki, Rusiyanın mövqeyi iyulun 14-də Avropa Xarici Fəaliyyət Xidmətində keçirilən görüş zamanı Aİ tərəfinin diqqətinə çatdırılıb. Rusiya nümayəndəliyinin sözlərinə görə, Brüssel kibertəhlükəsizlik sahəsində konstruktiv dialoq əvəzinə, ölkəyə qarşı əsassız ittihamlar irəli sürmək yolunu seçir.

Rusiya diplomatları Aİ-nin guya “zərərli kiber fəaliyyətlər”ə görə tətbiq etdiyi sanksiyalara cavab olaraq qeyd ediblər ki, Moskva kibercinayətkarlıqla mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın fəal tərəfdarıdır.

Onlar xatırladıblar ki, Rusiya 2024-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Kibercinayətkarlığa qarşı BMT Konvensiyasının təşəbbüskarlarından və fəal iştirakçılarından biri olub. Rusiya tərəfi ölkənin hər zaman kiberməkandan yalnız dinc məqsədlərlə istifadənin tərəfdarı olduğunu vurğulayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Bastiliya Günü üçün 70 min təhlükəsizlik əməkdaşı səfərbər edildi

Aynur Camal

“Qırmızı” həyəcan elan edilən şəhərlərin sayı artır

Aynur Camal

Rusiya ABŞ-ın İrana yeni hücumlarını tənqid etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu