Image default
Səhiyyə

Göz və dodaq ətrafındakı qırışları iynəsiz azaltmaq mümkündürmü? – Mütəxəssislər ev şəraitində qulluq üsullarını açıqladıar

Bugun.tv xəbər verir ki, mütəxəssislər göz və dodaq ətrafındakı qırışların ev şəraitində tam aradan qaldırıla bilmədiyini, lakin düzgün qulluq və bəzi kosmetoloji cihazların istifadəsi ilə onların görünüşünü azaltmağın mümkün olduğunu bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, göz və dodaq ətrafındakı dəri daha nazik və həssas olduğundan burada qırışlar daha erkən yaranır. Ev şəraitində istifadə olunan LED maskalar, mikrocərəyan cihazları, radiotezlik (RF) masaj aparatları və vibrasiyalı masaj cihazları dərinin tonusunu və elastikliyini müəyyən qədər yaxşılaşdıra bilər. Bununla belə, bu cihazların təsiri yalnız müntəzəm istifadə zamanı özünü göstərir və peşəkar kosmetoloji prosedurları əvəz etmir.

Araşdırmalara əsasən, qırışların dərinliyini azaltmaqdan daha çox dərinin nəmliliyini artırmaq, şişkinliyi azaltmaq və kollagen sintezini dəstəkləmək mümkündür. Xüsusilə LED işıq terapiyası dərinin daha hamar görünməsinə kömək edə, mikrocərəyan cihazları isə üz konturlarını müvəqqəti olaraq daha aydın göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hamiləlik, ürək stimulyatoru, bəzi göz xəstəlikləri, aktiv dəri iltihabı və son kosmetoloji prosedurlardan sonra bu cihazlardan istifadə yalnız həkim məsləhəti ilə aparılmalıdır. Onların fikrincə, evdə istifadə olunan kosmetoloji texnika əsasən erkən yaşlanma əlamətləri və profilaktik qulluq üçün nəzərdə tutulub və dərin qırışların aradan qaldırılmasında məhdud effekt verir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Afrika hələ də müstəmləkəçilik siyasətinin iqtisadi nəticələrini yaşayır

Aynur Camal

Ultra emal olunmuş qidaların azaldılması minlərlə ürək-damar ölümünün qarşısını ala bilər

Aynur Camal

Arıqlama preparatları görmə sinirini zədələyirmi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu