İdman

FİFA dünya çempionu İspaniya millisinin rəsmi fotosundan Donald Trampı çıxardı

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionu olan İspaniya millisinin rəsmi çempionluq fotosunu yeniləyərək ABŞ Prezidenti Donald Trampın yer aldığı görüntünü paylaşmayıb.

Bugun.tv xəbər verir ki, bu barədə FİFA turnirin sosial şəbəkə hesabında məlumat yayıb.

Paylaşılan rəsmi fotoda Donald Tramp yer almasa da, o, mükafatlandırma mərasimində FİFA prezidenti Canni İnfantino və İspaniya millisinin futbolçuları ilə birlikdə səhnədə olub. Bildirilir ki, İspaniya millisinin futbolçuları da sosial şəbəkələrdə paylaşdıqları bayram fotosunda Trampa yer verməyiblər. Bununla yanaşı, komandanın digər paylaşımında ABŞ prezidenti görünür.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər rəsmi fotodan Trampın çıxarılmasının səbəbi ilə bağlı müxtəlif ehtimallar irəli sürsələr də, FİFA bununla bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının finalında İspaniya millisi Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Qarşılaşmanın yeganə qolunu 106-cı dəqiqədə yarımmüdafiəçi Ferran Torres vurub.

Mənbə: Lenta.Ru

Aynur Camal

Oxşar xəbərlər

İtaliya Futbol Federasiyası İnfantinoya dəstəyini geri çəkdi

Aynur Camal

Avropanın nəhəng futbol liqalarında yeni mövsüm başlayır: Premyer Liqa, A Seriyası və Liqa 1 nə vaxt keçiriləcək?

Aynur Camal

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu